Lavrovun səfəri başa çatdı
27.03.2015 699 0.0 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Latın Amerika turu sona çatıb. Lavrov ötən gün sonuncu dayanacq olaraq Qvatemalada olub. Nazir burada qvatemalalı həmkarı Karlos Moraleslə qarşılıqlı ticarət əməkdaşlıqlarına dair danışıqlar aparıb.

Daha sonra Associated Press-in yazıdığına görə, 
 mətbuat konfransında çıxışı zamanı Lavrov Yəməndə baş verən hadisələrə də münasibət bildirib. Lavrov Yəməndə baş verən zorakılıqları Ukraynada Maydan hadisələrindən sonra baş verən hadisələrlə müqayisə edib.

“Burada şablon sözlərdən istifadə etməli olacam. Bu, ikili standartların bariz nümunəsidir. Biz əsla nə Ukraynada, nə də Yəməndə son hadisələrin baş verməsini istəməzdik. Hər iki halda da milli barışıq əldə etmək üçün uzun yol keçmək lazımdır”.

Sonda Lavrovun telefonla danışmaq üçün həmkarını mətbuat konfransında tərk edib getməsi diqqət cəlb edən məqamlardan olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar