Lavrovla Tillersonun Afrika görüşü baş tutmadı
09.03.2018 805 0.0 0

Rusiya XİN rəhbəri Sergey Lavrovin Efiopiyada ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü baş tutmayıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə diplomatik mənbə bildirib.

Bildirilir ki, təsadüfən eyni ölkədə və məhz paytaxtda olan rəsmilər hətta eyni oteldə qalıblar. Bu səbəbdən onların görüşü ehtimal edilib.

Daha öncə isə ABŞ tərəfi Rusiya tərəfdən görüş üçün heç bir müraciət edilmədiyinji qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Afrika ölkələrinə səfərə çıxıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar