Lavrovdan sonra daha bir rus nazir Bakıya gəlir
02.09.2015 641 0.0 0

Yaxın vaxtlarda daha bir rusiyalı nazir Azərbaycana səfər edəcək.

Məlumata görə, ölkəyə gələcək növbəti Rusiya rəsmisi sənaye və ticarət naziri Denis Manturov olacaq. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıb. 

"Beynəlxalq vəziyyətin gərgin olmasına baxmayaraq, Azərbaycanla Rusiya arasındakı iqtisadi münasibətlərdə hər şey yüksələn xətlə inkişaf edir. Hökumətlərarası komissiya fəaliyyət göstərir. Bundan başqa Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri də gözlənilir", - deyə Sergey Lavrov bildirib.

O, Rusiyanın yük daşıyan şirkətlərinin beynəlxalq daşınmalarının artmasına imkan verən qərara görə Azərbaycana təşəkkür edib.

 

İlham Əliyev və Sergey Lavrov


Bundan başqa Sergey Lavrov İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Rusiyada keçiriləcək hərbi sərgiyə dəvət edib. Onun sözlərinə görə, Azərbaycan təmsilçiləri artıq müvafiq dəvətnaməni əldə edibər.

Russia Arms Expo (RAE) 2015 X beynəlxalq silah, hərbi texnika və döyüş sursatı sərgisi 9-12 sentyabr tarixlərində Rusiyada keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar