Lavrov və Tillerson arasında Alyaskada görüş baş tuta bilər
28.04.2017 781 0
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında Alyaskada görüş baş tuta bilər. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.
“Görüşün keçirilməsi imkanları nəzərdən keçirilir. Sözsüz ki bu, Moskvadakı müzakirələrin yaxın gələcəkdə davam etdirilməsi üçün fürsətdir”, - deyə diplomat bildirib.
“Bəzi suallar artıq Moskvadakı görüşdən sonra ortaya çıxıb. Suriya və ciddi fikir ayrılığının olduğu digər aspektlərə dair danışıqları davam etdirməyə zərurət var”, - deyə Ryabkov bildirib
“Ümid edirik görüşü təşkil etmək mümkün olacaq”, - deyə nazir müavini qeyd edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər