Lavrov: «Rusiya və ABŞ Suriya üzrə sənədlər paketi imzalayıb»
10.09.2016 637 0.0 0

Suriyada atəşkəs rejimi 7 gün ərzində tam qüvvəyə minməlidir.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Con Kerri ilə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
 
“Rusiya və Amerika Birləşmiş Ştatları sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatları tam dayandırmağa çağırıb. Atəşkəs rejiminin qüvvəyə minməsindən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində praktiki məsələlərlə məşğul olacaqlar”, deyə S.Lavrov qeyd edib.
 
Onun sözlərinə görə, Cenevrədə əldə olunan razılaşmalar Suriya üzrə danışıqların bərpasını yaxınlaşdıracaq: “Əlimizdən gələni edəcəyik ki, münaqişə tərəfləri sənədlərdə əks olunan razılaşmalara riayət edib danışıqlar masasına dönsünlər. Suriya rəhbərliyi artıq sənədlərlə tanış olub”. 
 
Lavrov həmçinin bildirib ki, Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalanıb. Detalları açıqlanmayan razılaşmaların sentyabrın 12-dən qüvvəyə minəcəyi vurğulanıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar