Lavrov: Rusiya Suriyaya hərbi-texniki dəstək göstərir
03.08.2015 588 0.0 0

Rusiya Suriyaya İŞİD-lə mübarizə üçün hərbi-texniki dəstək göstərir.
 
 RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dohada keçirdiyi mətbuat konfransında bəyan edib.
 
“Hesab edirik ki, bu dəstəksiz İŞİD-in ələ keçirdiyi ərazilərin sahəsi yüzlərlə, minlərlə kvadrat kilometr çox olacaqdı. Aydındır ki, Suriya və ümumiyyətlə Yaxın Şərq üçün əsas təhlükə İŞİD qruplaşmasıdır”, deyə S.Lavrov bildirib.
 
S.Lavrov bildirib ki, onun Suriyanın müxalifət və inqilabi qüvvələr milli koalisiyasının lideri ilə görüşü rəsmi Moskvanın Suriya münaqişəsindəki mövqeyində dəyişiklikdən xəbər vermir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar