Lavrov Prezidentlərin görüşündən bəzi məqamları açıqlayıb
17.05.2016 853 0
Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər Biz isə, öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin. ”, deyə S.Lavrov bildirib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər