LAVROV MÜNHENDƏ SƏRT BƏYANATLAR VERDİ.
08.02.2015 839 0.0 0

Rusiya və Avropa arasında davam edən təbii qaz böhranı və həyata keçirilən  sanksiyalarla Rusiyanı küncə sıxışdırmağa çalışan AB, Ukraynanı da tərəfinə çəkərək fərqli istiqamətlərlə özünü gücləndirməyə səy göstərir.

Bu sözləri  Münhen Təhlükəsizlik Konfransında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, son illərdəki proseslərin gedişatını diqqətə çatdıraraq , Avropanın təhlükəsizliyi və beynəlxalq əlaqələr mövzusunda Rusiyanın xəbərdarlıqlarının təsdiqləndiyini söyləyib.

Daha sonra Lavrov, Qərb tərəfdaşlarının ortaq bir təhlükəsizlik layihəsini meydana gətirməyi deyil, Soyuq müharibənin qalibi olma yuxusunu təqib etdərək, bu səbəblərə görə də ortaq bir Avropa layihəsinin hazırlanmadığını diqqətə çatdırıb.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Teşkilatında (ATƏT) qarşılıqlı təhlükəsizliyin diqqət mərkəzində saxlanılması istiqamətində götürülən öhdəliklərə diqqət edilmədiyini nəzə çatdıran Lavrov, buna misal olaraq Avropada qurulan raketdən müdafiə sistemlərini səbəb göstərib.

"Qərb, Ukraynanın şərqindəki əməliyyatı haqlı göstərməyə çalışır "

Raketdən müdafiə  sistemləri mövzusunda Rusiyanın təkliflərinin rədd olunması və bunun əvəzinə Rusiyanın "ABŞ-ın beynəlxalq raketdən müdafiə sisteminə qatılmasının təklifinə" işarə edən Lavrov, bunun Rusiyanın müdafiəsi üçün ciddi bir təhdid olduğunu söyləyib.

Lavrov, ABŞ-ı Qərb ilə Rusiya arasındakı gərginliyin səbəbi olaraq göstərərək, "Biz Amerikanın hamını bu qlobal raketdən müdafiə sistemlinə sürükləmə niyyətini anlamırıq. Burda, dünyaya hökümranlıq etmə məqsədinə nail olma səyi varmı? Yoxsa məqsəd siyasi problemlər üçün texnoloji həllər tapmaqmı? "kimi sərt ifadələr işlədib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar