Lavrov Kerri ilə danışdı
30.04.2015 697 0.0 0

Rusiya xairici işlər naziri ilə Amerika Birləşmiş Ştatları dövlət katibi arasında telefon danışığı baş tutub.

Məlumata görə, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun ABŞ-ın dövlət katibi Con Kerriylə telefon söhbəti olub. Bu barədə Rusiya XİN-i Xarici İşlər Nazirliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, xarici siyasət idarələrinin başçıları həm də ikitərəfli münasibətləri müzakirə ediblər.

Danışığın əsas mövzularından biri Ukraynanın cənub-şərqindəki münaqişənin nizama salınması olub. 

“Nazirlər Təmas qrupu çərçivəsində 4 işçi alt qrupun yaradılması, 12 fevral tarixli Minsk razılaşmalarının icrası, atəşkəs rejiminə riayət edilməsi, ağır silahların geri çəkilməsi, Ukraynada Konstitusiya islahatının keçirilməsi, humanitar və iqtisadi məsələlərin həll olunmasına dəstək ifadə ediblər”, - deyə xəbərdə bildirilir.

Bundan başqa, diplomatlar Suriyada, Liviyada və Yəməndə vəziyyətin nizama salınması barədə də müzakirələr ediblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar