Lavrov Ermənistana səfər edəcək
06.10.2016 513 0
Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də İrəvana səfər edəcək.
Məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyini söyləyib.
Rusiya XİN sözçüsü toplantıda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, hərbi əməkdaşlığın inkişafı və digər məsələlərin müzakirə olunacağını qeyd edib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər