Lavrov Bakıya gəlir
28.08.2015 550 0.0 0

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər sentyabrın 1-də baş tutacaq.

Səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar