Lavrov Ağrıdağın fotosunu çəkdi: «Gözəlliyi ilə heyran edir»
23.04.2016 767 0.0 0

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində Türkiyə ərazisinin fotosunu çəkib. 

Xarici KİV-lərə istinadən verilən xəbərə əsasən, Rusiya XİN rəhbəri Ermənistan ərazisindən Türkiyənin Ağrıdağının fotosunu çəkib. Həmin fotonu sosial şəbəkədə yerləşdirən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova şəklə qeyd də yazıb: “Ararat (Ağrıdağ) bu gün öz gözəlliyi ilə heyran edirdi. S.Lavrov dayana bilməyib şəklini çəkdi”.

Qeyd edək ki, ermənilər Ağrıdağın onlara məxsus olduğunu iddia edirlər və onu “Ararat” adlandırılar. 

Xatırladaq ki, Sergey Lavrovdan öncə Ermənistana səfər edən Rusiya Baş naziri Dmitri Medvedev İrəvanın Ağrıdağın fonundakı şəklini “İnstagram” səhifəsində yerləşdirmişdi./AzNews.az/

 

                  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar