Lavrov: `ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır`
20.10.2017 632 0.0 0

"Moskva ABŞ-ın Avropada yerləşən nüvə silahlarının geri qaytarılmasının tərədarıdır".

 

Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada nüvə silahının yayaılmaması ilə bağlı keçirilən konfransda bildirib. "Ardıcıl olaraq Amerikanın nüvə silahının milli əraziyə çıxarılmasının, NATO-nun  "birgə missiyası"ndan imtina edilməsinin tərəfdarıyıq", - deyə o, söyləyib. 


S. Lavrov Rusiyanın nüvə silahının qadağan olunması ilə bağlı başqa müqavilələrə qoşulmaq niyyətində olmadığını da vurğulayıb: "Moskva nüvə silahını qadağan olunması ilə bağlı Nüvə Silahının Yayılmaması haqqında Müqavilədən (NSYM) başqa heç bir müqviləyə qoşumaq niyyətində deyil. Təəssüflə qeyd etməyə məcburuq ki, bir sıra razılaşmalar üçün hüquqi baza olan Nüvə Silahının Yayılmaması haqqında Müqavilə ilə yaradılan rejim çox mürəkkəb dövrünü yaşayır, ciddi sınaqlara məruz qalır. Bunun səbəbləri ayrı-ayrı ölkələrin hamı tərəfindən tanınmış norma və qaydaları şübhə altına alması, öz dar maraqları naminə istifadə cəhdi ilə əlaqədardır". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar