Lavrov: `ABŞ İranla nüvə razılaşmasını pozmaq istəyir`
15.01.2018 852 0.0 0

"Rəsmi Vaşinqtonun İranla nüvə razılaşması ilə bağlı son bəyanatı optimizm və sabitliyi gücləndirmir".

 

Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, xarici siyasətin inkişafı nöqteyi-nəzərindən ötən il çətin keçib, dünyanın müxtəlif nöqtələrində çoxsaylı gərginlik ocaqları olub. Nazir qeyd edib ki, 2017-ci ilin son ayları Vaşinqtondan səslənən bəyanatlar üzündən kəskinləşib: “Son bəyanatlar İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəlib. Bu optimizm və sabitliyi artırmayıb”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar