Lavanda bitkisi həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı bəzən acı və xoşagəlməz olsa da lavanda həm ətrinə görə və həm də dadına görə fərqli bir bitkidir.
Avropada demək olar bütün dövlətlərdə lavanda plantasiyaları, lavanda sahələri o qədər gözəl olur ki, dövlətə gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər və bu sahələrdən o qədər gözəl ətir gəlir ki, bura gələn insanlar bu sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərini çox sakitləşdirir.
- Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq yerinin yaxınlığına qoyun, uşaqların həm əsəblərinə yaxşı təsir edir, həm də gözəl ətri otağa yayılır.
- Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmləyin süzün, başınıza bu suyu töküb saçlarınızı yaxalayın, bu dəmləmə həm saçları gurlaşdırır, həm də kəpəklə və saçların tökülməsi ilə mübarizə aparır.
- Nevrozdan əziyyət çəkən insanlar üçün ideal bir çay: 1 xörək qaşığı lavanda, 1 xörək qaşığı cökə çiçəyi qarışdırın, 3 stəkan su tutan termosda dəmləyin və 1 xörək qaşığı bal əlavə edin. Bu çayı gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için. Həm gözəl ətri və dadı var, həm də çox gözəl bir yuxu verir.
- Maraqlıdır lavandanın iyi insanların nə qədər xoşlarına gəlirsə, kiçik həşəratların da o qədər xoşlamadığı bir iydir. Ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq kimi yolxucuları bədəndən və başdan uzaqlaşdırır. Bunun üçün lavanda dəmləməsi ilə vanna etmək lazımdır və lavandalı suyu otaqlarınıza püskürməklə də belə həşəratlardan azad ola bilərsiniz.
- Lavanda çox efirli bitki olduğundan şəhər bağlarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi havada müxtəlif virusları məhv edir və kütləvi yayılmasının qarşısını alır, məsələn donuz qripindən, quş qripindən, adi qripdən qorunmağın ən təbii üsuludur.
- Lavanda otunun qurusunu işlənməyən paltarların yorğan və döşəklərin arasına qoyanda güvə yaxın düşə bilmir. Evinizdə qrip xəstəsi varsa otağa tez-tez lavandalı su püskürdün, belə etsəniz evdə heç kim qripə yoluxmaz. inşAllah.
Mənbə; Milli.az