Latviyalı nazir Azərbaycana gəlir
17.11.2015 494 0.0 0

Latviyanın iqtisadiyyat naziri Dana Reysniese Ozola yaxın günlərdə Azərbaycana səfər edəcək.
Bunu Riqada olan əməkdaşına Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin baş direktoru Andris Ozols deyib.
 
O bildirib ki, noyabrın 24-də Azərbaycanda Latviya Günləri start götürəcək. Tədbirlər zamanı Latviya istehsalı olan məhsulların sərgisi keçiriləcək və satışı təşkil ediləcək.
 
Bundan başqa, Heydər Əliyev sarayında latviyalı rəssamların sərgisi keçiriləcək. Sərgidə Latviyanın məşhur rəssamlarının əsərləri nümayiş olunacaq.
 
A. Ozols qeyd edib ki, Latviya dünya bazarına çıxmaq üçün Azərbaycanla iqtisadi və ticarət əlaqələrinə böyük önəm verir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar