Latviyalı cütlük qızıl medala sahibləndi
22.06.2015 652 0.0 0
Rusiya oyuna yaxşı başlasa da, gümüş medalla kifayətlənməli oldu

Bazar günü axşam saatlarında keçirilmiş kişilər arasında çimərlik voleybolu yarışında, latviyalı Martins Plavins və Haralds Reqza, ilk setdəki uğursuz zərbələrin təsirindən qurtularaq, qızıl medalı qazanmağa müvəffəq olublar.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Latviyalı cütlük, Rusiyanı təmsil edən Dmitri Barsuk və Yaroslav Koşkarevə qarşı ilk seti 21-16 hesabı ilə qalib gələrək, ikinci setdəki 16-14 xalla üstünlüklərini qoruyublar.

İlk setdə davam edən mübarizədə hesab 16-16 və 17-16 olarkən, latviyalılar iki ardıcıl atış səhvi ediblər və bunun nəticəsində də Rusiya yığması nəzarəti ələ alaraq, hesabı 21-18 edərək ilk setin qalibi olub.

Latviyalılar bu uğursuzluqdan məyus olmayaraq, ikinci setdə oyuna əzmlə davam ediblər və üçüncü setdə ilk xallarını qazanıblar. Qarşılaşma davam etdiyi müddətdə üstünlüyü qoruyub saxlayan latviya komandası, sonda tamaşaçıların alqışları altında 15-10 hesabında qalibiyyətə nail olublar.

Qızıl medala sahiblənmiş latviyalı cütlükdən biri olan Plavins bildirib ki, onlar, bazar günü keçirilmiş yarışda heç bir xüsusi strategiyaya arxalanmayıblar:

Sonda taktikadan çox istifadə etmək istəmirsiniz. Ən mühüm olan isə servis etmək və ötürmənin itirilməməsidir. Biz bunları yaxşı bacardıq, buna görə də qalib olduq.-Matins Plavins

Qeyd edək ki, Plavins bundan əvvəl London 2012-ci il Olimpiya Oyunlarında iştirak edərək bürünc medala layiq görülüb.

22 iyunda baş tutmuş kişilər arasında çimərlik voleybolunda mübarizə aparmiş rusiyalı cütlük, qızıl medal şansını itirsə də, Koşkarevə görə, gümüş medal, heç medal qazanmamaqdan daha yaxşıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar