Latviya prezidenti Azərbaycana səfər edəcək
05.01.2017 610 0
Latviya prezidenti Raymonds Veyonisin bu il Azərbaycana səfəri planlaşdırılır.
Latviya Xarici İşlər Nazirliyinə istinadən verilən məlumatına görə, səfər bu ilin ilk yarısında gerçəkləşəcək.
Latviyanın xarici işlər naziri Edqards Rinkevişsin də bu ilin ilk yarısında Azərbaycana səfəri gözlənilir.
Qeyd edək ki, R. Veyonis keçən il martda 4-cü Bakı Qlobal Forum çərçivəsində Azərbaycana gəlməli idi. Lakin səhhətindəki problemlər səbəbindən səfər təxirə salınmışdı. /APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər