Lənkəranskinin qardaşı barədə QƏRAR verdi - FOTO/ VİDEO
09.11.2017 1754 0.0 0

İstanbul məhkəməsi kriminal avtoritet Nadir Səlifova (“Lotu Quli”) qarşı sui-qəsd hazırlığına görə saxlanılan mərhum avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Caniyev və onun dəstəsinin üzvləri barəsində qərar verib.

Rusiya KİV-inə istinadən xəbər verilir ki, N.Canıyev və digərləri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 3-də İstanbul polisi “Lotu Quli”yə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 13 nəfərlik qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Qrup Rövşən Lənkəranskinin qətlində ittiham olunan Səlifovun evinə hücum hazırlayırdılar.

Daha əvvəl Türkiyənin “Hürriyet” nəşrinin polisdəki mənbələrinə istinadən yazıb ki, Namiq Caniyev özünün üç silahdaşı ilə birlikdə Türkiyəyə gəlib. O, İstambulda “Şirinlər” türk criminal qruplaşmasının lideri, “Maks” ləqəbli Şirin Mehmet Sabri ilə görüşərək onun “Lotu Quli”nin aradan qaldırılması planını müzakirə edib.

İddiaya görə, Namiq Caniyev qətl üçün türk avtoritetə 5 milyon dollar mükafat təklif edib. Məhz bu sazişin detallarının müzakirəsi üçün kriminal avtoritetlər “Ömür AVM”də görüşüblər./Publika.az/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar