Lənkəranda hamilə gəlindən film kimi cinayət
23.05.2016 2158 0.0 0

Lənkəranda bir neçə gün əvvəl evlərindən oğurluq edilən hamilə gəlin itkin düşüb.Məlumaa görə, 19 yaşlı Ülviyyə Ağayeva naməlum şəraitdə yoxa çıxıb. Qəribə hadisə də elə Lənkəranda baş verib. 

 
Polisə gənc gəlinin itkin düşməsi barədə məlumat mayın 21-də daxil olub. Əsas narahatlığa səbəb isə itkin düşən qadının hamilə olması, ona  qarşı may ayının 8-də quldurluq hadisəsinin törədilməsi və başlanan istintaqın yekunlaşmaması idi. Qadını tapmaq üçün bütün əməliyyat qrupu axtarışlara başlayıb və çox maraqlı məqamlar ortaya çıxıb.

Əməliyyat tədbirləri zamanı məlum olur ki, itkin qadın mayın 20-də Bakı-Astara qatarına bilet alaraq paytaxta gedib. İtkin sayıldığı müddətdə də ardıcıl olaraq həyat yoldaşının, baldızının telefonlarına gizli nömrələrdən mesajlar göndərilib. Girov kimi saxlanılan hamilə qadına görə 80 min manat pul istənilib. Bildirilib ki, həmin pul ödənilməsə "patron”un sifarişi ilə hamilə qadın öldürüləcək.

Mesajların izi ilə gedən Lənkəran polisi itkin gəlini Bakıda yaxalayıb və hadisələrin düyünü də buradan açılmağa başlayıb.

Sən demə, bütün Lənkəranı şoka salan hadisənin - hamilə qadına qarşı quldurluq törədilməsinin ssenari müəllifi və icraçısı əslən Beyləqan rayonundan olan 19 yaşlı Ülviyyə Ağayeva özü olub. Mayın 8-də hamilə qadına heç də dediyi kimi özünü "Azərsu" əməkdaşları kimi təqdim edən naməlum şəxslər hücum etməyib. Qadın evdəki qızıl-zinət əşyalarını yığışdırandan sonra özü özünə küt alətlə xəsarətlər yetirib, əl qolunu və ayaqlarını da skoçla bağlayaraq cinayətin quldurlar tərəfindən törədilməsi effektini yaradıb. Ən pisi də budur ki, o, bətnindəki körpəsinə zərər vurub.

Xoşbəxtlikdən körpə tələf olmasa da gənc ananın bu oyunları nə səbəbə qurması hələ ki, bəlli deyil. İndi Lənkəranın hüquq-mühafizə orqanları  yoldaşının xalasına məxsus evdə kirayənişin kimi qalan  Ülviyyə Ağayevanın bütün törətdiklərini - qızıl oğurluğunu, yoldaşından 80 min manat istəməsini, körpəsinə xəsarət yetirməsini, polisi aldatmasının səbəblərini  araşdırır.

Artıq Lənkəran rayon prokurorluğunda CM-in müvafiq maddələri ilə cinayət işi də başlanıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar