Lənkəranda bir qrup sakin aksiya keçirib
12.01.2016 487 0.0 0

Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib.

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.

Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, aksiya insidentsiz başa çatıb: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar