Lənkəranda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb - FOTO
20.01.2017 788 0.0 0

Lənkəran şəhərində 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub. 
"Report"un məlumatına görə, səhər saatlarından başlayaraq minlərlə sakin şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar faciəsində şəhid olanların xatirəsini yad ediblər.
Mərasimə qatılan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlər xatirə kompleksinin önünə tər çiçəklər düzüb. İcra başçısı abidə önundə şəhid ailə üzvləri ilə görüşüb söhbət edib və bir daha onların qayğıları ilə maraqlanmışdır.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinə həsr edilən rəsm sərgisi təşkil olunub.
Qeyd edək ki, yanvarın axırlarına kimi davam edəcək sərgidə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun, Şəhər Uşaq Rəssamlıq Məktəbinin və Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin 40-a yaxın əl işi nümayiş etdirilir.
Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası oynanılıb.
İcra başçısı T.Qaraşov, rəsmi şəxlər və ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər. 
Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması kimi məsələlərdən bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 
Saat 12-də rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar