Əl-Bab İŞİD-dən azad edilib
16.02.2017 954 0.0 0

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhəri İŞİD terrorçularından azad edilib.
 
“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib.
 
Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub. Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu şəhərin azad edilməsi əməliyyatına keçən ilin dekabrında başlayıb. Bu şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyə sərhədi boyunca zolaq yaratmasının qarşısının alınması, İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması baxımından böyük strateji əhəmiyyətə maik olub. Hazırda şəhərdə minalardan təmizləmə əməliyyatları aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar