KXDR-in atdığı ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb
04.07.2017 703 0
Şimali Koreyanın buraxdığı Pxyonan-Pukto vilayətindən buraxdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ərazisinə düşüb.
"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa keçirdiyi mətbuat konfransında məlumat yayıb.
"Çərşənbə axşamı Koreya Xalq Demokratik Respublikası 09:39-da ballistik raket buraxıb. Uçuş 40 dəqiqə davam edib. Raket Yaponiyanın Yapon dənizindəki xüsusi iqtisadi zonasına düşüb. Bu saata qədər Yaponiyanın hava və dəniz gəmilərinə hər hansı ziyanın vurulması barədə məlumat yoxdur" – deyə Suqa bildirib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər