KXDR danışıqlara dair Cənubi Koreyanın təklifini qəbul edib
05.01.2018 703 0.0 0

KXDR gələn həftə yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib.“Renhap” agentliyinə istinadən verilən xəbərə görə,  söhbət Seulun danışıqların yanvarın 9-da keçirilməsinə dair sonuncu təklifindən gedir. Danışıqlar zamanı Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsinin müzakirə olunması planlaşdırılır.

 

Məlumata görə, hər iki tərəf sənədlərin mübadiləsi yolu ilə danışıqlara dair işçi məsələləri müzakirə etməyi qərara alıblar.   

 

Bundan əvvəl KXDR və Cənubi Koreya nümayəndələri arasında telefon danışığı keçirilib. Danışıq zamanı Şimali Koreyanın Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar