Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.
Məlumata görə, bu barədə "Nodon sinmun" qəzeti məlumat yayıb.
"Əgər gərginlik və ziddiyyət artsa, münasibətlər yaxşılaşa bilməyəcək, konstruktiv dialoq və möhkəm sülh olmayacaq", - deyə qəzet hökumət rəsmilərindən sitat gətirib.
Həmçinin qeyd edilir ki, ABŞ-ın və Cənubi Koreyanın birgə təlimləri düşmənçilik nümunələrindən biridir.
"Beləliklə, Pxenyan milli müdafiə üçün lazım olan hazırlığa, sınağa və güclü vasitələri inkişaf etdirməyə məcbur edilib", - deyə əlavə edilib.
Daha əvvəl KXDR Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlər keçirməsini "ağılsızlıq" adlandıraraq, bunun nəticələrinin ağır ola biləcəyini qeyd edib./Report/