«Kurtlar Vadisi pusu»nun aktyoru Bakıya gəlir
02.08.2016 921 0.0 0

Kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmin çəkilişinə başlayıb. “RUN film” və “Turan film”in birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Filmdə Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru Tuncər Salman rol alıb.

Qazeta.info "Qafqazinfo" -ya istinadla xəbər verir ki, rejissor AzərTac-a bildirib ki, bu gün filmin yaradıcı kollektivi hava limanında tanınmış türk aktyoru Tuncər Salmanı qarşılayacaq. Aktyor film çəkilişi ilə əlaqədar Bakıya səfər edir.

Film tragikomediya janrındadır. Tamaşaçı film içində bir filmə tamaşa edəcək. Ssenari iki yaradıcı insandan - aktyor və rejissor olan iki qardaşdan bəhs edir. Filmin əvvəlində uğursuzluğa düçar olan qardaşlar sifarişçi tərəfindən döyülüb küçəyə atılır. Bütün hadisələr bundan sonra başlayır. Uğursuzluğa baxmayaraq, onlar filmi sona çatdırmağı bacarırlar.

Yeni ekran əsərinin premyerası Bakıda və İstanbulda baş tutacaq. Film, həmçinin festivallar üçün də nəzərdə tutulub.

Qeyd edək kiTuncər Salman "Kurtlar Vadisi" serialında rol almışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar