Azərbaycanda da maraqla izlənən Türkiyənin məşhur ”Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanı Polad Alemdar (Necati Şaşmaz) ikinci dəfə Ümrə ziyarətinə gedib. Məlumata görə, Şaşmaz ziyarət zamanı çəkilən fotolarını sosial şəbəkədə sevənləri ilə bölüşüb.
Bir neçə il bundan əvvəl ümrə ziyarətində olan aktyor hələ o zaman jurnalistlərə açıqlamasında yenidən müqəddəs ziyarəti gerçəkləşdirmək istədiyini deyirdi. “İn şaa Allah, qismət olsa, yenə gedərəm”. Görünür, aktyorun duası tez bir zamanda qəbul olub.
“Kurtlar Vadisi” serialı Türkiyədə 2005-ci ildən yayımlanır və dünyanın bir çox ölkələrində minlərlə izləyiciyə sahibdir.
Necati Şaşmaz Ümrə ziyarətindəNecati Şaşmaz Ümrə ziyarətində
Filmin baş qəhrəmanı olan N.Şaşmazın həyatı adıçəkilən filmin sayəsində dəyişib. Sığorta agentliyində çalışan Şaşmaz filmə çəkildikdən sonra qısa müddət ərzində məşhurlaşıb.
Aktyorun rol aldığı film ilk olaraq "Kurtlar Vadisi" adlanıb. Daha sonra isə filmin adı "Kurtlar Vadisi Pusu" kimi dəyişdirilib. On ildən artıq bir müddətdə yayımlanan serialdan əlavə "Kurtlar Vadisi Fələstin", "Kurtlar Vadisi İraq" kimi filmlər də çəkilib. /anspress/