Kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb
11.10.2015 525 0.0 0

Şəkidə eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb.
Kurqanda naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb

Şəki Şəhər-Rayon polis Şöbəsindən yerli bürosuna verilən məlumata görə, rayonun Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb, təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır. Faktla bağlı hələ ki saxlanılan yoxdur.
 
Qeyd edək ki, kurqanda naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb,  lakin dəfn çalasına toxunulmayıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər qızıl axtarıblar. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar