Kürdlər ABŞ silahlarını ələ keçirib
16.10.2015 600 0
Kürd silahlıları ABŞ təyyarələrinin Suriya ərazisinə atdığı silah-sursatın bir hissəsini ələ keçirib.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.
“Bildiyimə görə, silah-sursatın çox hissəsi Suriya ərəb qüvvələrinin, müəyyən hissəsi isə kürdlərin əlinə keçib”, deyə o bildirib.
Kuk həmçinin İŞİD-lə mübarizə çərçivəsində ABŞ-ın Suriya müxalifətinə dəstəyini hazırkı mərhələdə və gələcəkdə davam etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib.
Bundan əvvəl KİV-lər ABŞ-ın hərbi yük təyyarəsinin Suriyanın mötədil müxalifətinə 50 ton silah-sursat çatdırdığını bildirmişdilər. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər