Türkiyədə PKK terror təşkilatının siyasi qolu HDP-nin həmsədri Səlahəddin Demirtaş Hakkaridə törədilən terror hadisəsindən sonra təcili olaraq Türkiyəyə qayıdıb. Məlumata görə, xaricdəki səfərini yarımçıq saxlayan Demirtaş 16 əsgərin şəhid olması ilə əlaqədar bunun ortaq bir acı olduğunu qeyd edib. Türkiyə Silahlı Qüvvələrinin (TSK) şəhid olan əsgərləri ilə məhv edilən terrorçuları eyni gördüyünü deyən Demirtaş ölülər arasında ayrı-seçkilik eləmədiklərini ifadə edib.
“Bütün ölümlər hamımızın ortaq acısıdır. Partiya olaraq ölülər, cənazələr arasında əsla ayrı-seçkilik eləmirik.”
Dağlarcada 16 əsgərin şəhid olması ilə nəticələnən terror hadisəsi barədə verdiyi ilk bəyanatda bunu xalq hərəkatı kimi qiymətləndirən Demirtaş Türkiyənin bir çox yerində HDP binalarının hücuma məruz qaldığını deyərək silahların susmasının labüd olduğunu deyib.
“Silahlar niyə susmur? Hökumət buna cavab verməlidir. Bu insanlar niyə ölür, kmin üçün ölür? İnsanlar sülh istəyir. Sülh nöqtəsində yaxşı bir mərhələyə gəlmişkən müzakirə masası niyə tərs çevrildi? Bütün bunlara hökumət cavcab verməlidir. Buradan qardaşlarıma müraciət edirəm: nə olursa olsun, qardaşlığı pozmayın. Kürd – türk bir-birinizi qucaqlayın. Bütün təxribatlara qarşı ən yaxşı dərman sülhdür.”
Noyabrın 1-də ölkədə keçiriləcək parlament seçkisinsən də daışan HDP həmsədri hakimiyyətə, yerə batsın kreslolarınız deyib. Kürd lider 7 iyun seçkisindən əvvəl olduğu kimi yenə də təhdid edici sözlər deyib:
“Sadəcə seçki üçün yox, seçkidən daha dəyərli olan bir şeyi xilas etməyə, gənclərimizin canını xilas etməyə çalışırıq. Yerə batsın sizin hakimiyyətiniz və kreslolarınız. Biz sadəcə ölümlərin dayandırılmasını istəyirik. Sonrasına xalq özü qərar verəcək. Bu gün mənə çox maraqlıdır ki, Cizrede necə seçki keçiriləcək? Biz gedib Cizrədə seçki keçirə biləcəyik? İnsanların ağlını ələ salmayın. Bəli seçki olacaq, amma sizin istədiyiniz şərtlərlə yox.”
16 TSK əsgərinin şəhid olması ilə nəticələnən terror hadisəsindən sonra Türkiyənin bir çox şəhər və rayonunda HDP təşkilatları hücuma məruz qalıb, partiyanın plakatları sökülərək yerindən Türkiyə bayraqları asılıb. /anspress/