Kür çayında batan 35 yaşlı qadının meyiti tapılıb
22.07.2016 1116 0.0 0

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Nazirliyin saytına istinadən verilən xəbərə görə, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat bu gün saat 08:35-də başa çatıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar