Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə 90 TB 042 nömrə nişanlı, "Toyota Land Cruiser Prado" markalı minik avtomobilində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan tütün məmulatlarının olması barədə əməliyyat məlumatı daxil olub.
Qazeta.info Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bildirir ki,daxil olan həmin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 211 ünvanında, küçənin sol kənarında dayanan Azərbaycan Respublikasının vətəndaşı Kazımov Əlizamin Qiyas oğlunun idarə etdiyi 90 TB 042 nömrə nişanlı, ağ rəngli, "Toyota Land Cruiser Prado" markalı minik avtomobilinin yük yerinə həmin avtomovilin yanında dayanan və Miriyev Mirkamalladdin Mirnağı oğlunun idarə etdiyi 42 BV 103 nömrə nişanlı "Ford Dedl" markalı mikroavtobusun yük yerindən Kazımov Əlizamin Qiyas oğlu tərəfindən götürülərək yerləşdirilən iki ədəd iri həcmli karton qutulara baxış keçirilib.
Yoxlama zamanı qutulardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10800 ədəd "Senator Wine Grape", 5000 ədəd "Senator Original Pipe Tobacco", 15600 ədəd "Esse Light", 2000 ədəd "Senator Grand Vircinia", 400 ədəd "Maddox sweet blend", 200 ədəd "Milano Nano Edition", 200 ədəd "Modern Cigarettes", 200 ədəd "Kareena Menthol" markalı siqaretlər aşkar edilib.