Kuba ABŞ-ın Suriyaya raket zərbəsini pisləyib
08.04.2017 717 0.0 0

Kubanın xarici işlər nazirinin müavini Roxelio Syerra ABŞ-ın Suriyanın aviabazasına hücumunu tənqid edib.
"Report" xəbər verir ki, o, Birləşmiş Ştatların bu addımla BMT nizamnaməsini pozduğunu bildirib.
"BMT-dən yan keçməklə həyata keçirilən bu qanunsuz güc aksiyası BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi və kobud şəkildə pozulması deməkdir. Bu, sözügedən ölkədə və ümumilikdə regionda münaqişəni daha da gərginləşdirir və onu danışıqlar yolu ilə nizamlanma prosesindən uzaqlaşdırır", - deyə "Granma" nəşri Siyerranın sözlərini sitat gətirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar