KTMT-nin baş katibi postuna erməni təyin olunub
14.04.2017 1188 0.0 0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov təyin edilib.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bunu təşkilatın baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

Onun sözlərinə görə, Yuri Xaçaturov səlahiyyətlərinin icrasına 2017-ci il mayın 2-də başlayacaq. Ondan əvvəl bu postu Nikolay Bordyuja tutub.

Qeyd edək ki, Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələri baş qərargahının keçmiş rəisidir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar