Kriptovalyuta bazarının çöküşü üçün 5 əsas ehtimal açıqlanıb
08.01.2018 757 0.0 0

Kriptovalyutalar 2017-ci ildə kütləvi surətdə bütün dünyada iz qoymaqla yadda qalıb. Virtual pulların qiyməti inanılmaz səviyyəyə qədər artım göstərib.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, analitiklər kriptovalyuta bazarında yaranan "köpük"dən ehtiyatlanmağa başlayıblar və 2018-ci ildə bazarın çökməsinə səbəb olacaq 5 əsas amili açıqlayıblar.

Bunlardan birincisi və ən əsası kriptovalyuta bazarının tənzimlənməsi üçün mərkəzi bankların daha sərt qərarlar qəbul etmə ehtimalının artmasıdır. Belə ki, ötən ilin sonunda Çin hökuməti kriptovalyuta birjalarına qadağa qoyub və artıq maynerlərlə mübarizəyə başlayıb. Bu üsula Hindistan və Cənubi Koreya da əl atıb. Hətta Banqladeş kriptovalyutaları qanundankənar hesab etdiyini açıqlayıb. Hələ ki, bazar buna sərt reaksiya verməsə də, hər an bu xəbərlərdən sərt satış üçün istifadə edə bilər.

İkinci ehtimal xakerlərin daha acgöz və aktiv olması təhlükəsidir. Kriptovalyuta bazarı əhaliyə öz gəlirlərini və vergilərini dövlətdən gizlətmək imkanı verdiyi kimi, xakerlərə də asanlıqla rəqəmsal pulları oğurlamağa imkan yaradır.

Üçüncüsü, kriptovalyuta bazarının iri oyunçularının bir neçə il bundan öncə ucuz qiymətə aldıqları valyutaları satışa çıxararaq bazarın qısamüddətli çökməsinə səbəb ola bilməsidir.

Dördüncüsü, saxta kriptovalyutaların və tokenlərin yaranma riskləridir. Saxtakarlar çox cüzi ad dəyişikliyi ilə saxta kriptovalyutalar yarada bilərlər.

Beşincisi isə kriptovalyuta bazarı iştirakçılarının kütləvi şəkildə satışa başlayaraq bazarda böhran yaratma riskləri ilə bağlıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar