Krım tatarlarının liderinın oğluna Rusiyanı tərk etməyə icazə verilib
24.11.2016 663 0.0 0

Həştərxan məhkəməsi Hayser Cemilevin Rusiya ərazisini tərk etməsinə icazə verib.

Məlumata görə, bu haqda onun vəkili Nikolay Polozov “Facebook” səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin həbs müddəti noyabrın 26-da bitir. Rusiya qanunverciliyinə görə, bu tarix istirahət gününə düşdüyündən H.Cemilev noyabrın 25-də sərbəst buraxılacaq.

Məhkəmə H.Cemilevin azadlığa çıxmasından sonra Rusiyanı tərk etməsinə dair qərar çıxarıb. 

Qeyd edək ki, H.Cemilev 2013-cü ildə ehtiyatsızlıq səbəbindən ailə dostu Fevzi Ədəmovu öldürməkdə ittiham olunurdu.

Xatırladaq ki, Hayser Cemilov Krım tatarlarının milli lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cemilevin oğludur. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar