Kreml Ərdoğanın əməkdaşlıq təklifi ilə bağlı fikirlərinə cavab verib
01.04.2016 660 0.0 0

“Türkiyə prezidentinin əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa c'hd kimi qiymətləndirilməyib”.
 
“lenta.ru”ya istinadən verilən məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: “Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız deyə bilərik ki, bu, təəssüf doğurur”.
 
Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar