Kreml: Qərar qəbul edilib, məqsədlərə nail olunacaq
24.02.2022 315 0.0 0

Kiyev Rusiya tərəfinin qaldırdığı məsələlərlə bağlı danışmağa hazır olsa, Rusiya Federasiyası Ukrayna rəhbərliyi ilə danışıqlara hazırdır.


Qazeta.info APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatının məqsədi olduğunu söyləyib.

“Əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq”, - Peskov jurnalistlərə deyib.

Mətbuat katibi onu da qeyd edib ki, əməliyyatın vaxtından əvvəl dayandırılmasının mümkünlüyündən xəbəri yoxdur: “Bu, Ali Baş Komandanın qərarıdır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar