Kreml: Putin Obama ilə görüşməyə hazırdır
16.09.2015 581 0
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşməyə hazırdır, lakin bununla bağlı hələlik heç bir razılaşma əldə olunmayıb.
“TASS”a istinadən verilən xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Putin dialoqa həmişə hazırdır, əsasən də, həmkarı Obama ilə. Lakin hələlik buna dair razılaşma yoxdur ”, deyə Peskov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında görüşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir təşəbbüsün gələrsə, görüş baş tuta bilər. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər