Kreml Klintona cavab verib: Qeyri-mümkündür
11.04.2022 488 0.0 0

ABŞ dəfələrlə Rusiyanın NATO-ya daxil olmasının qeyri-mümkünlüyündən danışıb.

Qazeta.info APA--ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının vaxtilə alyansa dəvət olunması ilə bağlı iddiaları şərh edərkən bildirib.

Kremlin sözçüsündən ABŞ-ın sabiq prezidenti Bill Klintonun “Atlantic” jurnalında SSRİ-nin dağılmasından sonra Rusiyanın gələcəkdə mümkün NATO üzvlüyünün qapısının guya açıq qalması ilə bağlı yazdığı məqaləni şərh etməsi xahiş olunub.

“Məndə belə bir məlumat yoxdur, amma dəqiq bilirəm ki, Amerika tərəfi dəfələrlə belə bir üzvlüyün mümkün olmadığını bildirib. Əslində, de-fakto deyilib ki, qapılar bağlıdır, Ona görə ki, bu, prinsipial olaraq qeyri-mümkündür”, - Kremlin sözçüsü vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar