KRAL İŞİD-LƏ SAVAŞA QURU QOŞUNLARI YERİTDİ
10.02.2015 999 0
İordaniya hökuməti İraqla sərhədə qoşun yeridib.
Məlumata görə, bu barədə NBC News telekanalı İordaniya hökumətindəki mənbəsinə istiandən xəbər yayıb.
Xəbərdə bildirilir ki, İraqla sərhədə minlərlə əsgər yerləşdirilib. Qoşunun sərhədə cəmlənməsində məqsəd İŞİD-in İordaniyaya edə biləcəyi hücumun qarşısını almaqdan ibarətdir.
Məsələ ilə bağlı İordaniya hökuməti hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, iordaniyalı pilotun yandırılması görüntüləri bir neçə gün öncə yayılıb. Bu görüntülərdən sonra İordaniya kralı İŞİD-la mübarizədə səylərini daha da gücləndirib və koalisiya qüvvələri tərəfindən terrorçuların sığınacaqları güclü bombardımana məruz qalıb.//AnsPress
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər