Yazıçı Əkrəm Əylisli bu gün Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinə çağırılıb. Vəkil Elçin Sadıqov bildirib k, Ə. Əylislinin əl barmaq izləri və DNK analizi üçün nümunə götürülüb.
Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Aeroportunda saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. İttihamıa görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb.
Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mnənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib. /apa/