Korrupsiyaya qarşı müvbarizə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir
26.05.2015 653 0.0 0

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının qatıldığı tədbirdə iştirakçı dövlətlərin nümayəndələri çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət barədə statistik məlumatlar təqdim etmiş, bu sahədə müsbət və mənfi dinamikaları təhlil edərək müvafiq dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmüşlər. Çirkli pulların yuyulmasında elektron valyutaların istifadəsi, təşkilata daxil olan ölkələrin milli antikorrupsiya qurumlarında həyata keçirilən struktur islahatlar ətrafında müzakirələr aparılmışdır.

     Qazeta.info Baş Prokurorluğun mətbuat xidmətinə istinadla bildirir ki, bundan başqa, mayın 18-dən 19-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində həmin ölkənin Ədliyyə Nazirliyinin dəstəyi ilə ATƏT və Regional Antikorrupsiya Təşəbbüsü və Təhlükəsizlik üzrə Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması sahəsində səmərəli tədbirlər” mövzusunda beynəlxalq görüş keçirilmişdir.

     Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşının təmsil olunduğu tədbirdə milli antikorrupsiya strategiyası üzrə monitorinqin metodikası, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyanın qarşısının alınması sahəsində əldə edilmiş uğurlar, həll olunmamış problemlər, habelə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin dövlət sektorunda korrupsiyanın qarşısının alınması və digər məsələlər ətrafında çıxışlar edilmişdir.

     Qeyd edilən hər iki tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndələri  Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, “ASAN” xidmət mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar