Körpə uşaq prezidenti iməkləməyə məcbur etdi
16.04.2016 966 0.0 0


ABŞ prezidenti körpə uşağa qoşularaq iməkləyib. Məlumata görə, Barak Obamanın Ağ Evin keçmiş mətbuat katibi Cen Psakinin qızı ilə oynayarkən çəkilmiş şəkilləri mətbuatda yayılıb.

 

 

"Cen Psaki qızına uşaq bağçası tapa bilmədiyindən onu özü ilə işə aparır"
Ağ Evin eks-nümayəndəsi Cen Psakinin sosial şəbəkədə yazdıqlarına görə, o, öz qızını bağçaya qoymaq fikrindədir. Amma hələ ki, onun üçün uyğun bağça tapa bilmədiyinə görə qızını özü ilə işə gətirir. 

"Vivi Liz Allenə yaxın bir neçə ay üçün prezident administrasiyasının planını qurmağa kömək edir. Bu, o deməkdir ki, bizdə uşaq bağçası yoxdur", - deyə Cen Psaki öz "Twitter" səhifəsində yazıb. 

 


Cen Psaki ötən ilin aprelində Dövlət Departamentindən Ağ Evə keçib. O, departamentdə Prezidentin icra aparatının kommunikasiyalar üzrə direktoru vəzifəsində çalışıb. Ona işini dəyişmək təklifini Barak Obama özü edib. Çünki həmin vaxt Psaki hamilə idi və ona daha sakit iş lazım idi. 

Cen Psakinin qızı Vivi ötən ilin iyulunda dünyaya gəlib. O vaxtdan ABŞ prezidenti Psakiyə sərbəst qrafiklə işləmək üçün şərait yaradıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar