Koronavirusun yeni ştammının adı məlum olub
27.11.2021 315 0.0 0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B. 1.1.529 ştammına Yunan əlifbasının "omikron" hərfi ilə adlandırıb.

Məlumata görə, bu barədə ÜST-nin saytında yerləşdirilən açıqlamada deyilir.

Açıqlamada bildirilir: "ÜST B.1.1.529-u "omikron" adlı "VOC" (narahatlıq doğuran variant - red.) kimi təyin edib".

Həmçinin qeyd edilir ki, koronavirusun bu variantında çox sayda mutasiya var və bəziləri narahatlıq doğurur. Bundan əlavə, ilkin məlumatlar bu ştamma yoluxma riskinin yüksək olduğunu göstərir.Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar