Koronavirusun yeni ştammı aşkarlanıb
04.01.2022 352 0.0 0

Fransanın cənubunda koronavirusun yeni variantı aşkar edilib.

Məlumata görə, bu barədə Avstriyanın "Heute" qəzetinin elektron variantında bildirilib.

Qeyd olunub ki, naməlum ştamm Kamerundan Fransaya qayıdan səyahətçilərdə müəyyən edilib. Mütəxəssislər istisna etmirlər ki, virusun bu variantının törədicisi bu Afrika ölkəsində geniş yayılıb.

Qəzet yazıb ki, testlər nəticəsində bütün yoluxan xəstələrdə "atipik mutasiya birləşməsi" aşkar edilib.

Yeni variant "B.1.640.2" kimi işarələnib və Marsel həkimləri tərəfindən aşkar edilib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar