Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
30.11.2021 436 0
Koronavirusa yoluxan Xalq artisti Eldost Bayramın vəziyyəti ağırdır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Zığ Modul Tipli Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 74 yaşlı diktor hazırda oksigen maskasındadır.
"Arterial təzyiqi 115-in 77, nəbzi 108, şəkəri 142, saturasiyası isə 91-dir. Huşu özündədir. Vəziyəti isə ağır qiymətləndirilir" - deyə, məlumatda qeyd olunub.
Xalq artisti, məşhur diktor Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Zığ Modul Tipli Xəstəxanasına yerləşdirilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər