Korların gözünü açacaq -İNANILMAZ KƏŞF
29.01.2017 2018 0
Qazeta.info Moderator.az-a istinadən xəbər verir ki,dünya Göz Fondu və Dünya Göz Xəstəxanalar Qrupunun təşkil etdiyi simpoziumda korluğa qarşı peyvənd yaradıldığı açıqlanıb.Genetik səbəblərlə kor doğulan uşaqlar 5 yaşından etibarən vurulan peyvəndlə yenidən görə biləcəklər. ABŞ-ın ən böyük göz xəstəxanası “Wills Eye Hospital”-ın pediatrı Aleks Levin amerikalı 8 yaşlı bir uşağın peyvənddən sonra gözlərinin normal görməyə başladığını, hətta uşağın beyzbol oynayıb, velosipedə mindyini bildirib. Doğuşdan korluğun müalicəsini tapdıqlarını deyən A.Levin yaxın gələcəkdə sonradan qazanılmış korluğun da qarşısını ala biləcəklərini bildirib.
Onun sözlərinə görə, bunun üçün ağcaqanadların gözlərinin genindən istifadə ediləcək:
“Ağcaqanadların gözlərindəki gen, insanın göz kürəsini təşkil edən gen ilə 80% eynilik təşkil edir”.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər