Koreyada üzü ülgüclə kəsilən səfir üzə çıxdı (FOTO)
10.03.2015 839 0.0 0

Cənubi Koreyada hücuma məruz qalan və üzü ülgüclə kəsilən ABŞ səfiri xəstəxanadan evə buraxılıb.

Məlumata görə, ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippertin ötən həftə ülgüclə hücuma məruz qalmışdı. Cənubi Koreyalı milliyətçi tərəfindən biləyi və üzü kəsilən Lippert Seulda müalicəsini bitirib. 

Üzünə atılan 80 tikişdən sonra beş gün xəstəxanda yatan səfir mətbuat konfransı təşkil edib. Lippert "açıq və dostcasına" diplomatik yanaşmasını davam etdirəcəyini söyləyib. Lippert tamamilə sağaldıqdan sonra vəzifəsinin icrasına davam edəcəyini bildirib: 

"Bütün şərtləri dəyərləndirdik. Hazırda olduqca yaxşıyam. Səhhətimdə ciddi dərəcədə qorxulu bir vəziyyət yoxdur. Gəzə və danışa bilirəm. Körpəmi qucağıma alıram və yoldaşımı qucaqlaya bilirəm, yəni həqiqətən yaxşıyam", - deyə səfir qeyd edib./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar